Azərbaycandan Türkiyəyə ixrac edilən neftin həcmi açıqlanıb

Energetika
  • 16 sentyabr, 2024
  • 08:53
Azərbaycandan Türkiyəyə ixrac edilən neftin həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyəyə 314 min 287,56 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 173 milyon 193,83 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2023-cü ilin ilk 8 ayının göstəriciləri ilə müqayisədə 3,4 dəfə, dəyəri isə 3,5 dəfə azdır.

Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,9 % olub.

Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyard 308 milyon 018,86 min ABŞ dolları dəyərində 16 milyon 475 min 802,81 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 30 milyard 995,423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 18 milyard 231 milyon ABŞ dolları ixracın, 12 milyard 763 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 14 % artıb.