Azərbaycandan Serbiyaya ixrac olunan qazın həcmi açıqlanıb

Energetika
  • 15 avqust, 2024
  • 07:35
Azərbaycandan Serbiyaya ixrac olunan qazın həcmi açıqlanıb

Bu ilin əvvəlindən Azərbaycan Serbiyaya 23 milyon kubmetrdən çox təbii qaz tədarük edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistik məlumata görə, Azərbaycan qazının Serbiyaya tədarükünə bu ilin fevralında başlanılıb.

Bu ilin fevral-iyun aylarında Serbiyaya 7 milyon 995,82 min ABŞ dolları dəyərində 23 milyon 012,92 min kubmetr qaz tədarük edilib.

Təkcə iyun ayında Azərbaycan Serbiyaya 1 milyon 001,1 min ABŞ dolları dəyərində 3 milyon 137,74 min kubmetr qaz tədarük edib.

Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsinin qeydə aldığı (bəyan olunan) həcmlərdən gedir.

Xatırladaq ki, 2023-cü il noyabr ayının 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında müqavilə bağlanıb. Müqavilədə 2024-2026-cı illərdə 400 milyon kubmetrə qədər Azərbaycan qazının tədarükü nəzərdə tutulub və 2027-ci ildən etibarən bu həcmin artırılması mümkündür.

44 - Tezliklə