Azərbaycandan ötən il Bolqarıstana qaz ixracını 49 %-ə yaxın artırıb
- 19 fevral, 2025
- 11:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2024-cü ildə Bolqarıstana 618 milyon 741,24 min ABŞ dolları dəyərində 1 milyard 896 milyon 246,15 min kubmetr qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
2023-cü ilin göstəricisi ilə müqayisədə Azərbaycan qazının Bolqarıstana ixracı miqdar ifadəsində 48,7 %, dəyər ifadəsində 31,5 % artıb.
Hesabat dövründə Azərbaycandan ixrac edilən qazın ümumi həcmində Bolqarıstanın payı 7,4 % təşkil edib.
2024-cü ildə Azərbaycan Yunanıstana 397 milyon 547,14 min ABŞ dolları dəyərində (- 2,3 dəfə) 927 milyon 128,92 min kubmetr qaz (- 17 %) tədarük edib. Hesabat dövründə Azərbaycandan qaz ixracının ümumi həcminin 3,5 %-i Yunanıstanın payına düşüb.
Xəbər verildiyi kimi, 2024-cü ildə Azərbaycan 8 milyard 406 milyon 728,72 min ABŞ dolları dəyərində (azalma 38,5 %) 25 milyard 772 milyon 217,76 min kubmetr qaz (- 3,2 %) ixrac edib. Hesabat dövründə 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana Azərbaycan qazı tədarük edilib.