Azərbaycandan 8 ayda ixrac olunan təbii qazın həcmi açıqlanıb

Energetika
  • 16 sentyabr, 2024
  • 07:12
Azərbaycandan 8 ayda ixrac olunan təbii qazın həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 15 milyard 826 milyon 739,84 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 5 milyard 455 milyon 694,22 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 9 %, dəyəri isə 48 % azdır.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 29,92 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995,423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 18 milyard 231 milyon ABŞ dolları ixracın, 12 milyard 763 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 14 % artıb.

44 - Tezliklə