Azərbaycanda əmtəəlik qaz hasilatı 9 %-ə yaxın artıb
Energetika
- 20 fevral, 2026
- 16:41
Bu ilin yanvar ayında Azərbaycanda 4 milyard 274,2 milyon kubmetr təbii qaz hasil edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 3 milyard 382 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 7,4 %, əmtəəlik qaz hasilatı isə 8,7 % artıb.
Ötən ay Azərbaycanda 2 milyon 252,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 2 milyon 247,9 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-c5 ilin yanvar ayının göstəricisi ilə müqayisədə müvafiq olaraq 2,4 % və 2,3 % azdır.
Son xəbərlər
17:19
İsrail ordusu "Hizbullah"ın obyektlərini vurub, 11 nəfər ölüb
Digər ölkələr16:52
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
ASK16:45
Polşada ölkə tarixinin ən böyük hərbi paradı keçirilib
Digər ölkələr16:19
Video
Sumatranın şimalında 6,8 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-5
Digər ölkələr16:10
"Beşiktaş" Feliks Uduohay ilə yollarını ayırıb
Futbol16:10
Foto
Azərbaycanda ilk dəfə buludlardan ilhamlanan rəsmlərdən ibarət sərgi təşkil edilib
Mədəniyyət siyasəti16:07
NYT: Fransa, Almaniya və Böyük Britaniya Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakına nail olmağa çalışır
Digər ölkələr15:18
Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib
Digər ölkələr14:57