Azərbaycan yanvarda Türkmənistandan qaz idxalının həcmini açıqlayıb
Energetika
- 22 mart, 2025
- 13:02
Bu ilin yanvar ayında Azərbaycana bəyan edilmiş qaz idxalı 42 milyon 640,16 min kubmetr təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 3,8 dəfə azdır.
Bu barədə “Report” Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycana verilən qazın dəyəri də 3,8 dəfə azalaraq 6 milyon 396,02 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvarında Azərbaycana qaz idxalı yalnız Türkmənistandan olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalı 546 milyon 819,58 min kubmetr (öncəki illlə müqayisədə 4,3 dəfə azalma) həcmində və 86 milyon 988,38 min ABŞ dolları (azalma 4,2 dəfə) dəyərində olub. Ötən il idxal Rusiya və Türkmənistandan həyata keçirilib.
Son xəbərlər
09:57
Foto
Naxçıvanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunur
Daxili siyasət09:44
Foto
Vaqif Şəbiyev: Oğlum xidmətə başladıqdan üç ay sonra şəhidlik zirvəsinə ucaldı
Daxili siyasət09:31
Foto
Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb
Xarici siyasət09:13
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Litva komandası ilə üz-üzə gələcək
Futbol09:00
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
Daxili siyasət09:00
Azərbaycan milliləri Ümumdünya Şahmat Olimpiadasında sonuncu oyunlarını bu gün keçirəcəklər
Fərdi08:44
Foto
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
Daxili siyasət08:43
"Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib
Media08:17