Azərbaycan yanvarda “Premium Euro-95” benzininin idxalını 1,5 dəfə artırıb
- 18 mart, 2025
- 16:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar ayınnda 10 min 334,33 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin yanvar göstəricisindən 51,4 % çoxdur.
Hesabat ilində idxal edilən “Premium Euro-95” benzininin dəyəri 8 milyon 581,89 min ABŞ dolları (+31,7 %) təşkil edib.
İdxalın strukturunda 3 milyon 519,06 min ABŞ dolları (+5,8 dəfə) dəyərində 4 min 312,31 ton benzin (+7,6 dəfə) və ya bütün tədarükün 41,7 %-i Rumıniyanın payına düşüb.
Tədarükçülərin ilk üçlüyündə həmçinin Rusiya – 2 milyon 965,59 min ABŞ dolları dəyərində 3 min 493,26 ton və Belarus - 1 milyon 626,74 min ABŞ dolları dəyərində 1 min 967,15 ton ilə yer alıb.
Tədarükün qalan həcmi 470,5 min ABŞ dolları dəyərində 561,62 ton Bolqarıstanın payına düşüb.
Statistik məlumatlara görə, 2025-ci ilin yanvar ayında Azərbaycana "Super Euro-98" benzininin idxalı 302,46 ton (+2,8 dəfə) təşkil edib və dəyəri 370,81 min ABŞ dolları (+2,8 dəfə) olub.
İdxalın strukturunda 228,46 min ABŞ dolları dəyərində 186,34 ton benzin Bolqarıstandan, 142,36 min ABŞ dolları dəyərində 116,11 ton benzin isə Rumıniyadan tədarük edilib.
Xatırladaq ki, Azərbaycana "Premium Euro-95" və "Super Euro-98" markalı avtomobil benzininin idxalı 2014-cü il aprelin 1-dən başlayıb.