Azərbaycan yanvarda Portuqaliyaya neft ixracını 55 %-dən çox artırıb
- 24 fevral, 2025
- 09:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Portuqaliyaya 215 min 986,35 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 109 milyon 76,8 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Portuqaliyaya ixrac olunmuş məhsulun həcmi ötən ilin eyni dövrü müqayisədə 55,7 %, dəyəri isə 24,15 % çoxdur.
Ötən il Portuqaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 6,2 % olub.
Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 1 milyard 903 milyon 035,8 min ABŞ dollar dəyərində 3 milyon 460 min 826,9 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat ayında Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon ABŞ dolları ixracın, 2 milyard 52 milyon ABŞ dolları isə idxalın payına düşüb.