Azərbaycan yanvar-aprel aylarında 530 min tondan çox neft idxal edib
- 23 iyun, 2025
- 10:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 265 milyon 946,52 min ABŞ dolları dəyərində 530 min 102,76 ton neft idxal edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft idxalının həcmi 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 13,5 %, dəyəri isə 3,8 % artıb.
Neftin əsas həcmi (92,1 %) - 243 milyon 294,87 min ABŞ dolları dəyərində (+20,5 %) 488 min 310,33 ton (+29,5 %) Rusiyadan idxal edilib.
Hesabat dövründə Azərbaycan Qazaxıstandan 22 milyon 651,64 min ABŞ dolları dəyərində (+19,4 %) 41 min 792,43 ton neft (+45,1 %) idxal edib.
Xəbər verildiyi kimi, 2024-cü ildə Azərbaycan 1,02 milyard ABŞ dolları dəyərində (+5,3 %) 1,869 milyon ton neft (2023-cü illə müqayisədə artım 2,5 %) idxal edib.