Azərbaycan Xorvatiyaya neft ixracından qazancını 9 %-dək artırıb
- 19 sentyabr, 2022
- 10:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Xorvatiyaya 685 min 431,766 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 596 milyon 142,4 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 41,03 % az, dəyəri isə 8,82 % çoxdur.
Azərbaycandan Xorvatiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 3,81 % olub.
Xatırladaq ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 17 milyon 983 min 700,5 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 13 milyard 724 milyon 349 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 35,113 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
8 aylıq xarici ticarət dövriyyəsinin 26,245 milyard ABŞ dolları ixracın, 8,868 milyard ABŞ dolları isə idxalın payına düşüb.