Azərbaycan Xorvatiyaya neft ixracından qazancını 2 dəfə artırıb

Energetika
  • 22 iyul, 2024
  • 07:52
Azərbaycan Xorvatiyaya neft ixracından qazancını 2 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Xorvatiyaya 587 min 571,52 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 375 milyon 978,78 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 90,43 %, dəyəri isə 2,1 dəfə çoxdur.

Xorvatiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 5,3 % olub.

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7 milyard 012 milyon 104 min ABŞ dolları dəyərində 11 milyon 098 min 802 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.