Azərbaycan Türkmənistandan qaz idxalını 50 %-ə yaxın azaldıb

Energetika
  • 17 iyul, 2024
  • 12:24
Azərbaycan Türkmənistandan qaz idxalını 50 %-ə yaxın azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycana bəyan edilmiş qaz idxalı 294 milyon 771,41 min kubmetr təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 dəfə azdır.

Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan olunan) həcmlərdən gedir.

Bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan qazın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 dəfə azalaraq 44 milyon 215,71 min ABŞ dolları təşkil edib.

Məlumata görə, hesabat dövründə qaz idxalının bütün həcmi Türkmənistanın payına düşüb. Eyni zamanda, bu dövrdə Türkmənistan qazının tədarükünün azalması kəmiyyət ifadəsində 49,5 %, dəyər ifadəsində isə 49,1 % olub.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalı 361 milyon 997,49 min ABŞ dolları dəyərində 2 milyard 332 milyon 254,05 min kubmetr təşkil edib.