Azərbaycan Türkiyəyə neft satışını 4 dəfəyə yaxın azaldıb
- 19 mart, 2024
- 07:15
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə 68 min 079,42 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 36 milyon 069,64 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2022-cü ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə 3,7 dəfə, dəyəri isə 4,2 dəfə azdır.
Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ölkənin ümumi neft ixracında payı 1,49 % olub.
Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2 milyard 826 milyon 058,64 min ABŞ dolları dəyərində 4 milyon 595 min 490,11 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.