Azərbaycan təbii qaz ixracından qazancını yanvarda 6 dəfəyədək azaldıb

Energetika
  • 15 fevral, 2023
  • 08:41
Azərbaycan təbii qaz ixracından qazancını yanvarda 6 dəfəyədək azaldıb

Bu ilin yanvar ayı ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 255 milyon 612,69 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, bu ilin yanvar ayı ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 140 milyon 036,77 min ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar ayı ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci ilin yanvar ayındakı dövründən 6,3 dəfə, dəyəri isə 5,7 dəfə azdır.

Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 7,46 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Aylıq xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb.