Azərbaycan ötən il Çexiyaya neft ixracından qazancını 58 %-dən çox artırıb
- 22 yanvar, 2025
- 08:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan Çexiyaya 1 milyon 770 min 234,87 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 81 milyon 932,85 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Çexiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü illə müqayisədə 55,83 %, dəyəri isə 58,43 % çoxdur.
Ötən il Çexiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 7,5 % olub.
Gömrük bəyannamələrinə əsasən, 2024-cü ildə Azərbaycan 14 milyard 437 milyon 355,99 min ABŞ dolları dəyərində 23 milyon 596 min 132,23 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat ilində Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb.