Azərbaycan metanol ixracından gəlirini 3 dəfəyə yaxın artırıb
- 30 sentyabr, 2022
- 08:07
2022-ci ilin yanvar-avqust aylarında isə Azərbaycan 92,5 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib ki, bu da 2021-ci ilin 8 aylıq göstəriciləri ilə müqayisədə 59,5 milyon ABŞ dolları və yaxud 2,8 dəfə çoxdur.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu ilin avqust ayında isə Azərbaycan 11,2 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib. Bu isə ötən ilin avqust ayı ilə müqayisədə 1,5 milyon ABŞ dolları və yaxud 15,5 % çoxdur.
8 ay ərzində Azərbaycanın ümumi ixracının dəyəri 26,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 1,9 milyard ABŞ dolları təşkil edib.
Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.