Azərbaycan metanol istehsalını 40 % azaldıb
Energetika
- 15 sentyabr, 2021
- 05:49
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 197,2 min ton metanol (metil spirti) istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,7 % azdır.
Bu ilin sentyabrın 1-nə 31,9 min ton hazır məhsul istehsalı yaranıb.
Metanol Dövlət Neft Şirkətinin (SOCAR) Bakının Qaradağ rayonundakı Metanol Zavodunda istehsal edilir. Zavod 2013-cü ildə istismara verilib, 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
Son xəbərlər
23:50
Almaniyalı üzgüçü dünya rekordunu yeniləyib
Fərdi23:47
Qətər İranın pilotlarla bağlı iddiasını təkzib edib
Digər ölkələr23:31
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 68-ə çatıb
Digər ölkələr23:20
Bloomberg: ABŞ-İran qarşıdurmasının tezliklə başa çatacağı gözlənilmir
Digər ölkələr22:45
Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub edib
Futbol22:35
Netanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib
Digər ölkələr22:18
Beyləqanda qadın su kanalında batıb
Hadisə22:16
Dövlət Departamenti Konqresi Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıb
Xarici siyasət22:13