Azərbaycan Livana elektrik naqilləri ixrac etməyə başlayıb
- 30 oktyabr, 2024
- 13:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 8,4 milyon ABŞ dolları dəyərində 2 min ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1 % çoxdur, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstana 3,21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % çoxdur) 1 min 18 ton (+47 %), Ukraynaya 2,9 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 641 ton (+2,1 dəfə), Rusiyaya 635 min ABŞ dolları dəyərində (+28 dəfə) 14,1 ton (+9 dəfə), Fələstinə 609 min ABŞ dolları dəyərində 202 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstana 349 min ABŞ dolları dəyərində (+60 %) 41,5 ton (+31 %) məhsul satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Livana (5 min ABŞ dolları dəyərində 0,04 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana idxal edilmiş 3 min 573 ton elektrik naqilin 36,8 %-i Gürcüstanın, 32,9 %-i Belarusun, 20,6 %-i Ukraynanın payına düşüb.