Azərbaycan kondensat hasilatını 6 %-ə yaxın artırıb

Energetika
  • 25 oktyabr, 2024
  • 14:20
Azərbaycan kondensat hasilatını 6 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kondensat hasilatı 3,95 milyon ton təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur.

Hesabat dövründə ölkədə ümumi neft hasilatının 18,2 %-ni kondensat təşkil edib. Neftin payı 81,8 % - 17,7 milyon ton ( 6 % az) təşkil edib.

Daha əvvəl bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft hasilatı (kondensatla birlikdə) 21 milyon 668,8 min ton (ötən ilin 9 ayı ilə müqayisədə 4,1 % az) təşkil edib.

Azərbaycanda hasil edilən kondensatın əsas hissəsini "Şahdəniz" yatağı təmin edir və buradan hasil edilən məhsul tam həcmdə Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə ixrac edilir.