Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 294-ə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 15 avqust, 2026
  • 20:13
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 294-ə çatıb - YENİLƏNİB

Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, daha 320-si itkin düşmüş hesab olunur.

Bu barədə "Report" ölkənin Təbii Fəlakətlər Risklərinin İdarə Edilməsi Xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində 3 935 nəfər xəsarət alıb, 353-ü isə həyatını xilas etmək mümkün olub. Son məlumatlara əsasən, zəlzələ nəticəsində 14 493 ev dağılıb, daha 81 506 binaya ziyan dəyib.

Avqustun 10-da Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində azı 281 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli "Blu Radio" radiostansiyası məlumat yayıb.

3 971 nəfər xəsarət alıb, 379 nəfər isə itkin düşmüş hesab olunur. Ən çox ölüm faktı Kali şəhərində qeydə alınıb, burada 96 nəfər təbii fəlakətin qurbanı olub.

Zəlzələ ölkənin qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında baş verib.

Bundan əvvəl zəlzələ nəticəsində 273 nəfərin həlak olduğu bildirilmişdi.