Azərbaycan karbamid ixracından gəlirini 10 dəfədən çox artırıb

Energetika
  • 21 dekabr, 2021
  • 10:12
Azərbaycan karbamid ixracından gəlirini 10 dəfədən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 288 137 ton azot gübrəsi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 11 ayında həyata keçirilən ixracın dəyəri 69,8 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,7 dəfə və 10,2 dəfə çoxdur.

Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 4 %, ümumi ixracda isə 0,5 % paya malik olub.

Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.