Azərbaycan İndoneziyaya ixrac etdiyi neftin həcmini açıqlayıb
- 22 iyul, 2024
- 10:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan İndoneziyaya 114 min 892,52 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 69 milyon 246,59 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İndoneziyaya ixrac olunmuş məhsulun həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,4 %, dəyəri isə 21,9 % azalıb.
İndoneziyanın Azərbaycanın ümumi neft ixracında payı 1,04 % olub.
Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyon 098 min 802 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 7 milyard 012 milyon 104 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.