Azərbaycan Hindistana və Avstraliyaya elektrik naqili ixracını bərpa edib
- 31 yanvar, 2024
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 12,3 milyon ABŞ dolları dəyərində 3 min 132 ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 28 % çoxdur.
Hesabat dövründə Azərbaycan Belarusa 4,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 1 min 175 ton (+2,6 dəfə), Gürcüstana 3,5 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 1 min ton (+2,2 dəfə), Ukraynaya 2,5 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 597 ton (+2,3 dəfə), Qazaxıstana 446 min ABŞ dolları dəyərində (-56 %) 66 ton (-54 %), Türkiyəyə 394 min ABŞ dolları dəyərində (+18 dəfə) 67 ton (+46 dəfə) məhsul satıb.
Azərbaycan 3 il 1 aylıq fasilənin ardından Hindistana (6,2 min ABŞ dolları dəyərində 0,01 ton) və 2 il 8 aydan sonra Avstraliyaya (3,7 min ABŞ dolları dəyərində 0,04 ton) tədarükü bərpa edib.