Azərbaycan Hindistana neft tədarükü həcmlərini açıqlayıb

Energetika
  • 18 noyabr, 2023
  • 13:31
Azərbaycan Hindistana neft tədarükü həcmlərini açıqlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Hindistana 1 milyon 370 min 600,87 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 817 milyon 429,58 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə 27,02 %, dəyəri isə 47,2 % azdır.

Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi neft ixracında payı 6,15 % olub.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 22 milyon 268 min 798,3 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 13 milyard 785 milyon 636,21 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.