SOCAR emissiyaların monitorinqini öz resursları hesabına həyata keçirəcək

Energetika
  • 26 sentyabr, 2026
  • 11:22
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına həyata keçirəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) emissiyaların monitorinqini tamamilə öz resursları hesabına həyata keçirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin enerji keçidi, ətraf mühit və dekarbonizasiya məsələləri üzrə müavini Hikmət Abdullayev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.

"Metan emissiyalarının azaldılması istiqamətində görülən işlərin hər bir mərhələsində - yerlərdəki ölçmələrdən tutmuş analitikaya qədər - biz xarici ekspertləri cəlb etmişik, paralel olaraq müqavilələrə heyətimizin təlimi ilə bağlı öhdəliklər daxil etmişik. Əsas məqsədimiz bütün bu işlər kompleksini yalnız öz gücümüz hesabına həyata keçirmək və ölkə daxilində müvafiq kompetensiyalar formalaşdırmaqdır. Avropa İttifaqının metanla bağlı normativ aktlarının sərtləşdirilməsi ilə əlaqədar bu normalara əməl olunması tənzimləyici tələbə çevrilir. Biz qabaqlayıcı addımlar atırıq", - o vurğulayıb.

Onun sözlərinə görə, bu məsələnin həlli üçün şirkətin ixtisaslaşmış törəmə strukturları cəlb edilib və daxili resursların formalaşdırılması prosesi davam edir: "Bununla yanaşı, uzunmüddətli perspektivdə metan emissiyalarının azaldılması xammalın sistemə qaytarılması hesabına öz xərcini ödəyir".

44 filmi