Azərbaycan fevralda "OPEC+" kvotasından gündəlik 81 min barel geri qalıb
- 12 mart, 2025
- 17:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft hasilatı 470 min barel təşkil edib.
“Report” xəbər verir ki, bu barədə “S&P Global Commodity Insights”ın “Platts” məlumatları əsasında hazırladığı icmalda bildirilib.
İcmala əsasən, Azərbaycanın 2025-ci il üçün kvotası nəzərə alınmaqla, fevral ayında OPEC razılaşması çərçivəsində neft hasilatında gündəlik 81 min barel geriləmə qeydə alınıb.
Bundan əlavə, yanvar ayı ilə müqayisədə fevralda Azərbaycanda neft hasilatı 10 min barel azalıb.
Xəbər verildiyi kimi, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 37-ci iclasında qəbul edilmiş qərara uyğun olaraq Azərbaycanın 2025-ci il üçün gündəlik xam neft hasilat kvotası 551 min barel olmaqla 2024-cü il səviyyəsində qalıb.