Azərbaycan bu ilin I yarısını 2 mlrd. kubmetrdən artıq qaz ehtiyatı ilə başa vurub

Energetika
  • 16 avqust, 2018
  • 08:29
Azərbaycan bu ilin I yarısını 2 mlrd. kubmetrdən artıq qaz ehtiyatı ilə başa vurub

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 12,6 mlrd. kubmetr olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 70,6%-i hasilatın, 18,2%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 11,2%-i isə idxalın hesabına formalaşıb.

Ehtiyatların 43%-i ölkə daxilində istehlak edilib, 35,7%-i ixrac olunub, 3,9%-i itkiyə gedib, 17,4%-i və yaxud 2,2 mlrd. kubmetri isə bu il iyulun 1-nə ehtiyat kimi qalıb.

44 - Tezliklə