Azərbaycan bu il 19 milyard kubmetrə yaxın təbii qaz ixrac edib
- 16 oktyabr, 2024
- 07:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 18 milyard 731 milyon 065,99 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 6 milyard 075 milyon 295,99 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2023-cü ilin 9 ayı ilə müqayisədə 8,3 %, dəyəri isə 46,8 % azdır.
Azərbaycanın ümumi ixracında təbii qazın payı 30,6 % olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.