“Yaşıl enerji dəhlizi”lə ixrac olunacaq həcmlər Almaniyayada tədarük oluna bilər - YENİLƏNİB
- 30 may, 2025
- 12:06
Yeniliklərdən dərhal xəbərdar olun!
“Yaşıl enerji dəhlizi” ilə ixrac olunacaq həcmlər gələcəkdə Almaniyanın enerji tələbatını qarşılamaq üçün istifadə oluna bilər.
“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr energetika naziri Pərviz Şahbazovun Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirilən görüşdə biıdirilib.
Qeyd olunub ki, hazırda Azərbaycan, Gürcüstan, Qara dəniz və Şərqi Avropa ölkələri arasında həyata keçirilən “yaşıl enerji dəhlizi” ilə elektrik enerjisindən əlavə, növbəti mərhələdə “yaşıl hidrogen”in nəqli də nəzərdə tutulur.
Söhbət zamanı hazırda icra olunan digər “yaşıl enerji” interkonnektorları, dünyada “yaşıl texnologiyalar və hidrogen sənayesinin inkişafı ilə bağlı da fikir mübadiləsi aparılıb.
Görüşdə Almaniyanın enerji sahəsində diversifikasiya, rəqabətqabiliyyətli qiymətlərin təmin edilməsi və iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi siyasəti, eləcə də Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi istiqamətində həyata keçirdiyi kurs çərçivəsində tərəfdaşlığa dair müzakirələr aparılıb. Alman şirkətlərinin Azərbaycanda təxminən 20 layihə üzrə əməkdaşlıq planlarının olduğu, bunların bir qisminin enerji sahəsini əhatə etdiyi qeyd olunub.
Müzakirələr zamanı, həmçinin kiçik miqyaslı bərpa olunan enerji layihələri, enerji səmərəliliyi, enerji tələbatının idarə olunması istiqamətləri ilə yanaşı, dənizdə külək enerjisinin inkişafı, “Xəzər - Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və “yaşıl enerji” tədarükü üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
11:56
Azərbaycan Almaniya ilə “yaşıl enerji” kursu çərçivəsində enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparıb.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.
“Görüşdə alman şirkətləri ilə dənizdə külək enerjisinin inkişafı, Xəzər dənizindən Avropaya qədər uzanacaq Yaşıl Enerji Dəhlizi və bu infrastruktur vasitəsilə enerji tədarükü üzrə əməkdaşlıq perspektivlərini dəyərləndirdik”, - deyə P. Şahbazov bildirib.