Azərbaycan Albaniyaya elektrik naqil tədarük etməyə başlayıb
- 15 avqust, 2023
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 21,435 milyon ABŞ dolları dəyərində 2 min 416 ton elektrik naqilləri (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 19 % çoxdur.
Azərbaycan Türkiyədən 6,21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % azdır) 916 ton (-4 %), Çindən 4,6 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 661 ton (+97 %), İtaliyadan 2,3 milyon ABŞ dolları dəyərində (+4,2 dəfə) 250 ton (+7,8 dəfə), Amerika Birləşmiş Ştatlarından 1,89 milyon ABŞ dolları dəyərində (-8 %) 18,44 ton (-35 %), Böyük Britaniyadan 1,78 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 50,81 ton (+5,8 dəfə) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan 5,68 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 1 min 442 ton (+5 dəfə) elektrik naqili ixrac edilib.
Azərbaycan Belarusa 2,45 milyon ABŞ dolları dəyərində 679 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 1,43 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 450 ton (+4,6 dəfə), Ukraynaya 788 min ABŞ dolları dəyərində (+2 dəfə) 177 ton (+2,6 dəfə), Türkiyəyə 210 min ABŞ dolları dəyərində (+23 dəfə) 37,77 ton (+152 dəfə), Rumıniyaya 261,97 min ABŞ dolları dəyərində (+115 dəfə) 40,92 ton (+1 min 367 dəfə) məhsul göndərib.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Albaniyaya (105 min ABŞ dolları dəyərində 16,5 ton) tədarük həyata keçirilib.