Azərbaycan 8 ayda Bolqarıstana qaz ixracını 1,8 dəfə artırıb
- 21 oktyabr, 2024
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar-avqust aylarında Bolqarıstana 1 milyon 204 milyon 540,8 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Hesabat dövründə Bolqarıstana tədarük olunan Azərbaycan qazının dəyəri 377 milyon 229,6 min ABŞ dolları təşkil edib.
İxrac miqdar ifadəsində 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə, dəyər ifadəsində 44,2 % artıb.
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz ixrac edib. Bu dövrdə 5 milyard 455 milyon 694,22 min ABŞ dolları dəyərində (-1,9 dəfə) 15 milyard 826 milyon 739,84 min kubmetr Azərbaycan qazının (-3,2 %) tədarükü həyata keçirilib.
Azərbaycan qazının alış həcminə görə TOP 3-ə Türkiyə, İtaliya və Bolqarıstan daxildir. Eyni zamanda, Bolqarıstan İtaliyadan sonra Azərbaycan qazının üçüncü alıcısı olub və ölkədən ixrac olunan qazın ümumi həcminin 7,6 %-i onun payına düşüb.
2023-cü ildə Azərbaycan Bolqarıstana 470 milyon 340,26 min ABŞ dolları dəyərində (+97,7 %) 1 milyard 275,253 milyon kubmetr qaz (+3,5 dəfə) ixrac edib.