Azərbaycan 8 ayda 16 milyon tona yaxın neft ixrac edib

Energetika
  • 15 sentyabr, 2025
  • 16:39
Azərbaycan 8 ayda 16 milyon tona yaxın neft ixrac edib

Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 15 milyon 924 min 752,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 8 milyard 396 milyon 005,89 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 3,3 %, dəyəri isə 18,5 % azdır.

Ötən 8 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 49,20 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,4 % azalıb, idxal isə 17,9 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti