Azərbaycan 7 ayda Bolqarıstana qaz ixracını iki dəfə artırıb
- 23 sentyabr, 2024
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar-iyul aylarında Bolqarıstana 1 milyon 019 milyon 613,06 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Hesabat dövründə Bolqarıstana tədarük olunan Azərbaycan qazının dəyəri 317 milyon 874,73 min ABŞ dolları təşkil edib.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ixrac kəmiyyət ifadəsində 2 dəfə, dəyər ifadəsində 54 % artıb.
Bu ilin yanvar ayında Azərbaycan 4 milyard 755 milyon 767,7 min ABŞ dolları dəyərində (1,9 dəfə az) 13 milyard 845 milyon 429,22 min kubmetr qaz (3,2 % çox) ixrac edib. Hesabat dövründə 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz tədarükü həyata keçirilib.
Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP 3-ə Türkiyə, İtaliya və Bolqarıstan daxildir. Eyni zamanda, Bolqarıstan İtaliyadan sonra Azərbaycan qazının üçüncü alıcısı olub və ölkədən ixrac olunan qazın ümumi həcminin 7,4 %-ni təşkil edib.
Ötən ildə Azərbaycan Bolqarıstana 470 milyon 340,26 min ABŞ dolları dəyərində (97,7 % çox) 1 milyard 275,253 milyon kubmetr qaz (3,5 dəfə çox) ixrac edib.