Azərbaycan 5 ayda “Premium Euro-95” markalı benzinin idxalını 1,6 dəfə artırıb

Energetika
  • 23 iyul, 2025
  • 14:03
Azərbaycan 5 ayda “Premium Euro-95” markalı benzinin idxalını 1,6 dəfə artırıb

Azərbaycan bu ilin yanvar-may aylarında 55 min 848,51 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Statistik məlumatlara görə, bu dövrdə idxal edilən “Premium Euro-95” markalı benzinin dəyəri 47 milyon 144,85 min ABŞ dolları (+ 39,2 %) təşkil edib. İdxalın strukturunda 31 milyon 887,2 min ABŞ dolları (2,7 dəfə çox) dəyərində 37 min 544,6 ton (2,9 dəfə çox) benzin və ya bütün tədarükün 67,2 %-i Rusiyanın payına düşüb. TOP-3 təchizatçı sırasında həmçinin Rumıniya - 8 milyon 484,9 min ABŞ dolları dəyərində 9 min 939,12 ton, Belarus - 5 milyon 599,67 min ABŞ dolları dəyərində 6 min 964,55 ton ilə yer alıb. Qalan həcmi - 1 milyon 173,08 min ABŞ dolları dəyərində 1 min 400,24 ton - Bolqarıstan tədarük edib.

Statistik məlumatlara görə, yanvar-may aylarında Azərbaycana 1 milyon 75,02 min ABŞ dolları (- 11,4 %) dəyərində 876,85 ton (-11,2 %) “Super Euro-98” markalı benzin idxal edilib. Ondan 361,85 min ABŞ dolları dəyərində 295,15 ton benzin Bolqarıstandan, 294,37 min ABŞ dolları dəyərində 240,11 ton Rusiyadan, 418,8 min ABŞ dolları dəyərində 341,6 ton isə Rumıniyadan tədarük edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan cari ilin ilk beş ayı ərzində 2 milyon 777,48 min ABŞ dolları dəyərində 4 min 196,25 ton həcmində “Premium Euro-95” markalı benzin ixrac edib. Bu həcmin hamısı Gürcüstana tədarük edilib.

Qeyd edildiyi kimi, Azərbaycana “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinlərinin idxalı 2014-cü il aprelin 1-dən başlayıb.

44 - Tezliklə