Azərbaycan 4 ayda Yunanıstana neft ixracını 4 dəfədən çox artırıb

Energetika
  • 27 may, 2025
  • 11:15
Azərbaycan 4 ayda Yunanıstana neft ixracını 4 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Yunanıstana 232 min 398,4 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 128 milyon 990,3 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunmuş məhsulun həcmi 4,2 dəfə, dəyəri isə 3,5 dəfə artıb.

Yanvar-aprel aylarında Azərbaycandan Yunanıstana ixrac edilən xam neftin ümumi neft ixracında payı 2,8 % olub.

Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyon 203 min 845,45 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 4 milyard 562 milyon 682,5 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə