Azərbaycan 4 ayda İtaliyaya neft ixracını 2 dəfəyə yaxın artırıb

Energetika
  • 21 may, 2025
  • 10:55
Azərbaycan 4 ayda İtaliyaya neft ixracını 2 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya 4 milyon 388 min 968,14 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 2 milyard 448 milyon 796,82 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 1,8 dəfə, dəyəri isə 59,3 % artıb.

Ötən 4 ay ərzində Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 53,5 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyon 203 min 845,45 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 4 milyard 562 milyon 682,52 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə