Azərbaycan 3 ölkədən maye qaz idxalını bərpa edib

Energetika
  • 11 oktyabr, 2022
  • 12:26
Azərbaycan 3 ölkədən maye qaz idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 3,95 milyon ABŞ dolları dəyərində 9 min 687 ton maye qaz (butan, etilen, propilen, butilen və butadien qazları, maye halında) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 64,8 %, kəmiyyət olaraq – 77,5 % azdır.

Rusiyaya 3,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 66,7 % azdır) 8 min 811 ton (-77 %), Pakistana 211 min ABŞ dolları dəyərində (+40 %) 539,6 ton (-75 %), Əfqanıstana 131 min ABŞ dolları dəyərində (-21 %) 336 ton (-86 %) məhsul satılıb.

Hesabat dövründə Azərbaycana 49 min ABŞ dolları dəyərində (-39 %) 23,3 ton (-59 %) maye qaz idxal edilib.

Rumıniyadan 34 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22,6 % azdır) 21 ton (-50 %), Amerika Birləşmiş Ştatlarından 9 min ABŞ dolları dəyərində (+12 dəfə) 0,6 ton (+55,6 %), Türkiyədən 3 min ABŞ dolları dəyərində 1,4 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 1 min ABŞ dolları dəyərində (-48 %) 0,1 ton (+2,4 dəfə), Çindən 1 min ABŞ dolları dəyərində 0,1 ton məhsul alınıb.

Beş il 1 aylıq fasilədən sonra Fransadan, 3 il 11 ayın tamamında Polşadan, 1 il 9 aydan sonra Çindən tədarük bərpa edilib. Fransa və Polşadan müvafiq olaraq 0,7 min ABŞ dolları dəyərində 0,01 ton və 0,5 min ABŞ dolları dəyərində 0,08 ton maye qaz gətirilib.