Azərbaycan 10 ayda yarım milyon tona yaxın neft məhsulları ixrac edib

Energetika
  • 21 noyabr, 2024
  • 07:05
Azərbaycan 10 ayda yarım milyon tona yaxın neft məhsulları ixrac edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 495 min 484,05 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 309 milyon 018,55 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi 2023-cü ilin ilk 10 ayı ilə müqayisədə 40,7 %, dəyəri isə 40,3 % azalıb.

Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,36 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 17,4 % artıb.

44 - Tezliklə