ARDNŞ bu il 107,5 min metr qazma işi görüb
Energetika
- 06 noyabr, 2014
- 02:34
Bakı. 6 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 107 451 metr qazma işi görülüb ki, bunun da 105 624 metri istismara, 1 827 metri isə kəşfiyyata aid olub.
"Report" Dövlət Neft Şirkətinə istinad edərək xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qazma işlərinin həcmi 14,7% azalıb.
Cari ilin oktyabr ayı ərzində isə ARDNŞ (MM və ƏŞ istisna olmaqla) 8 714 metr qazma işi həyata keçirib. Bu sahədə görülmüş işlərin 8 515 metri istismara, 199 metri isə kəşfiyyata aid olub.
Qeyd edək ki, 2013-cü il ərzində ARDNŞ üzrə 142 656 metr qazma işi görülüb ki, bunun da 135 665 metri istismara, 6 991 metri isə kəşfiyyata aid olub.
Son xəbərlər
05:39
"Newsweek": İran atom bombasından güclü silah tapıb
Region05:04
Böyük Britaniyanın Baş naziri təyinatından iki həftə sonra məzuniyyətə çıxıb
Digər ölkələr04:51
Rusiya Sumını bombalayıb, ölən və yaralananlar var
Digər ölkələr04:43
Türkiyədə FETÖ üzvü olan sabiq polis tutulub
Region04:22
Foto
Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötüb
Digər ölkələr04:14
Koretski: Ukraynanın enerji sektoru əlavə 650 milyon avroya ehtiyac duyur
Digər ölkələr03:45
Türkiyədə bir şəxs məsciddə asılmış vəziyyətdə tapılıb
Region03:15
Umerov Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri postunda prioritetləri açıqlayıb
Digər ölkələr02:46