Rusiya Sumını bombalayıb, ölən və yaralananlar var
Digər ölkələr
- 04 avqust, 2026
- 04:51
Rusiya qoşunları avqustun 4-də gecə saatlarında Sumı şəhərinin mülki infrastrukturuna idarəolunan aviabombalarla zərbə endirib.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.
Onun sözlərinə görə, Kovpakovsk rayonunun üç hissəsinə zərbələr qeydə alınıb. Fərdi yaşayış sektoru və infrastruktur obyektləri bombalanıb.
Hücum nəticəsində bir nəfər həlak olub, xəsarət alanlar var. Zərbənin fəsadları barədə məlumat dəqiqləşdirilir.
Qriqorov yeni hücum təhlükəsinin qaldığını qeyd edərək, şəhər sakinlərini təhlükəsiz yerlərdə qalmağa çağırıb.
Son xəbərlər
23:16
Sudanda Çevik Reaksiya Qüvvələrinin 318 döyüşçüsü ordu sıralarına keçib
Digər ölkələr23:08
Video
UEFA Çempionlar Liqası: "Sabah" "Hapoel"lə oyunda hesabı açıb - YENİLƏNİB
Futbol22:55
Foto
Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunub
Xarici siyasət22:50
"Barselona" "Mançester Yunayted"in Qavi üçün göndərdiyi təklifi qəbul etməyib
Futbol22:41
İndoneziyada 5,5 maqnitudada zəlzələ olub
Digər ölkələr22:23
İsrailin Qəzzada polis bölməsinə hava hücumu nəticəsində doqquz nəfər ölüb
Digər ölkələr22:03
Azərbaycan güləşçisi Ayxan Cavadov U-20 dünya çempionatında qızıl medal qazanıb
Fərdi22:00
Astarada bir nəfər dənizdə batıb
Hadisə21:51