Türkiyədə bir şəxs məsciddə asılmış vəziyyətdə tapılıb
- 04 avqust, 2026
- 03:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Ərzurum şəhərinin Palandökən bölgəsində yerləşən Səlimiyyə məscidində bir şəxs asılmış vəziyyətdə tapılıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə xüftən (işa – gecə namazı) namazı saatlarında baş verib.
Namaz qılmaq üçün məscidə gələn bir vətəndaş içəridə asılmış vəziyyətdə olan şəxsi görərək, vəziyyəti 112 Təcili Çağırış Mərkəzinə bildirib. Daxil olan məlumat əsasında hadisə yerinə tibb və polis qrupları göndərilib.
Müayinə zamanı şəxsin həyatını itirdiyi müəyyən edilib. Polis qrupları məsciddə və ətrafında genişmiqyaslı araşdırmaya başlayıb. Hadisə yerinin yoxlanılmasından sonra dəqiq ölüm səbəbinin müəyyən edilməsi məqsədilə meyit morqa aparılıb.
Polis qruplarının hadisə ilə bağlı istintaqı davam edir.