Alparslan Bayraktar: "Türkiyə yeni enerji arxitekturası üzərində işləyir"
- 01 iyun, 2026
- 15:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda Türkiyə yeni bir enerji arxitekturası üzərində işləyir.
"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar 31-ci Bakı Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, bura bərpa olunan enerji, enerji səmərəliliyi, neft və qazın hasilat öncəsi investisiyaları, Sakarya qaz yatağının işlənilməsi daxildir: "Bununla yanaşı, Türkiyədən kənarda da – Afrika, Liviya, Somali, Yaxın Şərq və Mərkəzi Asiya kimi regionlarda daha fəal olmağı hədəfləyirik".
O qeyd edib ki, eyni zamanda, nüvə enerjisini strategiyanın tam mərkəzinə yerləşdirəcək: "Çünki biz Türkiyəni elektrikləşdirmək niyyətindəyik. Beləliklə, elektrikləşdirmə bazarımızda əsas tendensiya olacaq, lakin biz bunu kritik faydalı qazıntılar strategiyamızla birləşdirmək istəyirik. Biz böyük torpaq yataqları kəşf etmişik və istehsalçıya çevrilmək, həmçinin bunu dəyər zəncirinə daxil edərək inteqrasiya etmək istəyirik".