Banqladeş AQEM sammitində iştirakı regional əməkdaşlığın möhkəmləndirilməsi kimi dəyərləndirir

Xarici siyasət
  • 14 oktyabr, 2026
  • 15:26
Banqladeş AQEM sammitində iştirakı regional əməkdaşlığın möhkəmləndirilməsi kimi dəyərləndirir

Banqladeşin xarici işlər üzrə dövlət naziri Humayun Kobir Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək.

Bu barədə "Report" yerli mediaya istinadən məlumat yayıb.

Səfərin strateji əhəmiyyətini vurğulayaraq o bildirib ki, Banqladeş regionla qarşılıqlı fəaliyyəti genişləndirməyi hədəfləyir və bunu ölkənin xarici siyasət fəaliyyətinin yeni istiqaməti adlandırıb.

"Xarici siyasətdə qarşılıqlı fəaliyyət baxımından bu region yeni məkan və yeni istiqamətdir. Biz bu regionda əlaqələri inkişaf etdiririk", - o bildirib.

Azərbaycana səfərindən sonra H.Kobir Bağdada yola düşəcək və orada oktyabrın 17-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Xatırladaq ki, AQEM-in VII sammiti oktyabrın 15-də təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə Bakıda keçiriləcək.