Aİ ölkələrinə yanvarda Azərbaycandan qaz idxalının həcmi açıqlanıb
- 02 aprel, 2025
- 11:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan qaz idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 % - 29,324 min teracoula (TC) qədər azaldıb.
Bu barədə “Report” Avropa İttifaqının Statistika İdarəsinə (“Eurostat”) istinadən xəbər verib.
Hesabat dövründə Aİ ölkələrinə Azərbaycandan idxal edilən qazın dəyəri 365,036 milyon avro (azalma 1,2 %) təşkil edib.
Yanvarda İtaliya Azərbaycandan 362,991 milyon avro dəyərində (artım 15,6 %) 29,177 min TC (azalma 11,7 %), Yunanıstan və Bolqarıstan isə ümumilikdə 2,045 milyon avro dəyərində 0,147 min TC təbii qaz alıb.
Qeyd edək ki, “Eurostat”ın məlumatına görə, 2024-cü ildə Aİ ölkələri Azərbaycandan 4,348 milyard avro dəyərində (azalma 29,4 %) 466,998 min TC (azalma 5,2 %) təbii qaz idxal edib.