ABŞ neftinin qiyməti 14 dollara düşüb
Energetika
- 27 aprel, 2020
- 11:49
ABŞ nefti yenidən sürətlə ucuzlaşmaqdadır.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 15:45-ə olan məlumata görə, Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin iyun fyuçers qiymətləri 16,71% azalaraq 14,11 ABŞ dollarına düşüb.
London birjasında “Brent” markalı neft isə 3,82% ucuzlaşaraq 20,62 ABŞ dolları olub.
Məlumatlara görə, WTI markalı neftin belə sürətlə ucuzlaşmasının səbəbi tədarük edildiyi Oklahoma ştatındakı Kuşinq (Cushing) neft anbarlarının tezliklə tam dolacağı ilə bağlı narahatlıqlardır.
Aprelin 17-də ABŞ-ın neft ehtiyatları 518,6 mln. barelə çatıb. Ölkədə ən böyük neft ehtiyatları 2017-ci ildə qeydə alınıb - 535 mln.barel.
Son xəbərlər
03:55
Tramp Hörmüz boğazını Amerika ərazisi adlandırıb
Digər ölkələr03:24
ABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb
Digər ölkələr02:36
Rusiyanın Krivoy Roqa hücumunda ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-4
Digər ölkələr02:30
Rusiya Kiyevə zərbələr endirməyə başlayıb
Digər ölkələr02:19
Almaniya təqribən 12 milyard avro dəyərində uzaqmənzilli silah almaq niyyətindədir
Digər ölkələr01:45
Tramp İranın "yaxşı razılaşma"ya hazır olmadığını bildirib
Digər ölkələr01:12
Liviyada silah anbarında güclü partlayış baş verib
Digər ölkələr00:47
İsveçdə məktəbə edilən hücumda bir nəfər ölüb, üç nəfər yaralanıb
Digər ölkələr00:23