Liviyada silah anbarında güclü partlayış baş verib
- 22 avqust, 2026
- 01:12
Liviyanın şimal-qərbindəki Misurat şəhərində hərbi birləşmələrdən birinin silah anbarında güclü partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə yerli "Al-Wasat" portalı məlumat yayıb.
Məlumata görə, raketlər və döyüş sursatları cənubdakı Əl-Giran rayonunda yerləşən anbarın ərazisi ətrafında müxtəlif istiqamətlərə səpələnib.
Hazırda insidentin mümkün səbəbləri və zərərçəkənlər barədə məlumat yoxdur.
Nəşrin mənbələrinin bildirdiyinə görə, anbar Misuratın "Əl-İsar" briqadasının sərəncamında olub. Döyüş sursatlarının ətrafa səpələnməyə davam etməsi təhlükəsinə görə ehtiyat tədbiri olaraq yaxınlıqdakı yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Ərazidə hadisənin nəticələrinin aradan qaldırılması və anbara bitişik ərazidə təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər həyata keçirilir.