ABŞ-da ehtiyatların azalması fonunda neft bahalaşır
Energetika
- 16 sentyabr, 2021
- 08:19
ABŞ-da xam neft ehtiyatlarının azalması haqqında statistikanın dərc olunmasından sonra dünya bazarlarında neft bahalaşmaqda davam edir.
“Report” “Investing.com” saytına istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09.02-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,27% bahalaşaraq, 1 bareli 75,66 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti də 0,26% bahalaşaraq, 1 bareli 72,8 ABŞ dolları təşkil edib.
Ötən həftənin nəticələrinə əsasən ABŞ-da “qara qızıl” ehtiyatı 6,4 milyon barel, yaxud 1,5% azalaraq, 417,4 milyon barelə düşüb. Analitiklər azalmanın 3,5 milyon barel olacağını güman edirdilər.
Son xəbərlər
06:08
Cənubi Afrikada turistlər üçün yeni elektron giriş sistemi tətbiq ediləcək
Digər ölkələr05:29
Britaniyada xəstələrin hüceyrələrindən miniatür insan orqanları yetişdiriləcək
Sağlamlıq05:01
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb
Digər ölkələr04:51
ABŞ "Amerika Qalxanı" müttəfiqlərinin hərbi potensialını artırmağa hazırdır
Digər ölkələr04:25
Xersonda dron hücumu nəticəsində iki nəfər ölüb
Digər ölkələr03:34
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr03:13
Trampın "Truth API" xidmətinə qarşı ABŞ-da məhkəmə iddiası qaldırılıb
Digər ölkələr03:00
ABŞ müttəfiqlərini Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa çağırıb
Digər ölkələr02:39