TQDK-da Apellyasiya Komissiyası yaradılıb

Elm və təhsil
  • 23 may, 2016
  • 06:21
TQDK-da Apellyasiya Komissiyası yaradılıb

Bakı. 23 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirdiyi qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb.

TQDK-dan "Report"a verilən xəbərə görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Xatırladaq ki, TQDK-nın saytında və "Facebook" səhifəsində sual kitabçaları və imtahanda istifadə olunan test tapşırıqlarının izahı yerləşdiriləcək.

44 - Tezliklə