Təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Elm və təhsil
  • 29 fevral, 2016
  • 14:11
Təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Bakı. 29 fevral. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov martın 9-da Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 29 fevral və 1, 2, 3, 4 mart tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

44 - Tezliklə