Azərbaycanda məktəblərdə və universitetlərdə əyani dərslərin başlanacağı tarix açıqlanıb

Elm və təhsil
  • 07 sentyabr, 2021
  • 10:13
Azərbaycanda məktəblərdə və universitetlərdə əyani dərslərin başlanacağı tarix açıqlanıb
Emin Əmrullayev

Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq.

"Report" xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.